Press "Enter" to skip to content

İdman jurnalistləri arasında yarış

İdman jurnalistləri arasında yarış

BAYRAQDAR MEDİA – Azərbaycan Kamandan Oxatma Federasiyasının təşkilatçılığı ilə 22 İyul – Milli Mətbuat Gününə həsr olunmuş, idman jurnalistləri arasında ilk dəfə kamandan oxatma yarışı keçirilib.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya sözügedən Federasiyadan daxil olub.

Xəbərdə qeyd edilir ki, “media nümayəndələrinin bu idman növünə marağının artırılması, həmçinin dəqiqlik, səbir və konsentrasiya bacarıqlarının nümayiş olunması məqsədilə təşkil olunan yarışda 17 fərqli media qurumundan ümumilikdə 27 jurnalist (10 qadın, 17 kişi) mübarizə aparıb. Bu dəfə qələm ustaları özlərini oxatma idmanında sınayaraq 10 metr məsafədən hədəfi dəqiq vurmaq üçün bacarıqlarını nümayiş etdiriblər. Gərgin və maraqlı keçən təsnifat mərhələlərinin ardından baş tutan final görüşlərində qaliblərin adları müəyyənləşib. Kişilər arasındakı mübarizənin yekununda Ayaz Qurbanov (flashscore.com) birinci, Elvin Camalov (Bakı-baku.az) ikinci, Əfqan Həbibov (Active Life Group) isə üçüncü yerə layiq görülüb. Qadınların yarışında isə Ülviyyə Sabirqızı (Nəzər.Media) fəxri kürsünün ən yüksək pilləsinə qalxıb, Fəxriyyə Qarayeva (90deqiqe.az) ikinci, Gülnarə Sadıxova (Real TV) isə üçüncü yerin sahibi olub”.

​Yarışın sonunda yüksək nəticə göstərən qalib jurnalistlərə müvafiq dərəcəli diplomlar, medallar və xüsusi hədiyyələr təqdim olunub. Qadınlar arasında qaliblərə mükafatları Federasiyanın mətbuat katibi Aynur Hüseynova, kişi qaliblərə isə Federasiyanın şöbə müdiri Kamran Həsənzadə təqdim edib.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.