Press "Enter" to skip to content

Süd məhsullarının etiketlənməsi ilə bağlı yeni layihə – VİDEO

Süd məhsullarının etiketlənməsi ilə bağlı yeni layihə

BAYRAQDAR MEDİA – Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən ailə kəndli təsərrüfatlarında istehsal olunan və ərzaq bazarlarında satışa çıxarılan süd və süd məhsullarının etiketlənməsi ilə bağlı yeni layihənin icrasına başlanılıb.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya AQTA-nın mətbuat xidmətindən daxil olub.

Xəbərdə bildirilir ki, “ərzaq bazarlarında sağlamlaşdırma tədbirləri çərçivəsində Bakı şəhərində fəaliyyət göstərən “Yaşıl” bazarda layihəyə başlanılıb. Layihə çərçivəsində süd məhsulları istehsal tarixi, yararlılıq müddəti, istehsalçısı, mənşəyi və digər zəruri məlumatları özündə əks etdirən etiketlərlə satışa təqdim olunacaq. Yeni yanaşma istehlakçıların məhsul haqqında dolğun məlumat əldə etməsinə, məhsulun mənşəyinin müəyyənləşdirilməsinə və bazarlarda satış prosesinin daha şəffaf təşkilinə xidmət edəcək. Bəzi hallarda ailə kəndli təsərrüfatlarında istehsal olunaraq bazarlarda satışa çıxarılan süd məhsullarının istehsalçısı və mənşəyi barədə məlumatlar tam şəkildə təqdim edilmir. Bu səbəbdən layihə çərçivəsində etiket nümunələri hazırlanıb, məhsulların xüsusi qablaşdırmada satışının təşkili istiqamətində müvafiq tədbirlər görülür”.

Daha sonra xəbərdə, “layihə həmçinin ailə kəndli təsərrüfatlarının fəaliyyətinin dəstəklənməsinə yönəlib. Məhsulların etiketlə təqdim olunması istehsalçıların tanınmasına, onların məhsullarına etimadın artmasına, bazarda rəqabət imkanlarının genişlənməsinə, həmçinin istehlakçı hüquqlarının qorunmasına və qida təhlükəsizliyinin təmin olunmasına töhfə verəcək. Sağlamlaşdırma tədbirlərinin mərhələli şəkildə digər ərzaq bazarlarında da həyata keçirilməsi nəzərdə tutulur” deyə bildirilir.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.