BAYRAQDAR MEDİA – “Türk dili Yay Məktəbi 2026” proqramı çərçivəsində Yozqat Bozok Universitetində təhsil alan xarici tələbələr universitetin rektoru professor Evren Yaşarla görüşüblər.
Bu barədə universitetdən məlumat verilib.
Bildirilib ki, rektor proqramın yalnız dil tədrisi deyil, həm də müxtəlif xalqlar arasında dostluq əlaqələrinin inkişafına xidmət etdiyini vurğulayıb.
O, tələbələrə uğurlar arzulayaraq Türkiyədən xoş təəssüratlarla ayrılacaqlarına ümid etdiyini bildirib.






İlk şərhi yaza bilərsiniz