Press "Enter" to skip to content

Atatürk Universiteti Türkiyədə birinci olub

Atatürk Universiteti

BAYRAQDAR MEDİA – Atatürk Universiteti 2025-ci ildə dünyanın ən çox istinad alan elmi nəşrlərinin ilk 10 faizlik qrupunda yer alan 231 məqalə ilə Türkiyada birinci olub. Universitet bununla elmi keyfiyyət və beynəlxalq nüfuz baxımından mühüm uğura imza atıb. Bu statistika Clarivate InCites platformasının 2026-cı il 13 iyul tarixli məlumatlarına əsasən hazırlanıb.

Universietdən verilən məlumata görə, rRektor professor Ahmet Hacımüftüoğlu bildirib ki, bu nəticə universitetin təkcə çoxlu sayda deyil, yüksək təsir gücünə malik elmi araşdırmalar apardığını göstərir. Onun sözlərinə görə, əldə olunan nailiyyət güclü elmi infrastruktur, beynəlxalq əməkdaşlıq və akademik heyətin əməyi sayəsində mümkün olub.

Universitet gələcəkdə də dünya elminə töhfə verən yüksək səviyyəli tədqiqatları davam etdirməyi qarşıya məqsəd qoyub.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.