BAYRAQDAR MEDİA – Rəssam Niloufar Jaberinin “Entanglement” adlı fərdi sərgisi ARUCAD Art Space-də sənətsevərlərin ixtiyarına verilib. Sərgidə insan və təbiət arasındakı görünməz bağlar, nəzarət və sərbəstlik arasındakı incə tarazlıq bədii dillə təqdim olunur.
Bu barədə universitetdən məlumat verilib.
Məlumata görə, ekspozisiya insanın yaratdığı strukturlar ilə təbiətin dəyişdirici gücü arasındakı əlaqələri araşdıraraq tamaşaçını bu münasibətlər üzərində düşünməyə sövq edir.
Sərgidə nizam və qeyri-müəyyənlik, bağlılıq və azadlıq kimi anlayışlar ön plana çıxarılıb. “Entanglement” avqustun 7-dək ziyarətçilər üçün açıq olacaq.






İlk şərhi yaza bilərsiniz