Press "Enter" to skip to content

Qazaxıstanlı gənclər Anadolu Universitetində olublar

Anadolu Universiteti

BAYRAQDAR MEDİA – Qazaxıstanın iki ali məktəbindən olan 20 tələbə Anadolu Universitetində təşkil olunan akademik və mədəni proqramda iştirak edib. Tələbələr türk dili, mədəniyyəti, adət-ənənələri və Türkiyənin tarixi irsi ilə yaxından tanış olublar.

Bu barədə universitetdən məlumat verilib.

Bildirilib ki, proqram çərçivəsində Eskişehir, Bursa və İstanbulun tarixi-mədəni məkanlarına ekskursiyalar təşkil edilib.

İştirakçılar proqramın onların həyatında unudulmaz təcrübə olduğunu bildirərək təşkilatçılara təşəkkür ediblər.

Mission News Theme by Compete Themes.