Press "Enter" to skip to content

Əlilliyi olan şəxslər üçün keçəçilik sənəti üzrə ustad dərsi

Əlilliyi olan şəxslər üçün keçəçilik sənəti üzrə ustad dərsi

BAYRAQDAR MEDİA – Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyində Sosial Xidmətlər Agentliyinin (SXA) Əlilliyi olan şəxslərin Peşə-əmək Reabilitasiyası Mərkəzinin benefisiarları üçün Qala Dövlət Tarix-Etnoqrafiya Qoruğuna ekskursiya təşkil edilib.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya SXA-nın mətbuat xidmətindən daxil olub.

Xəbərdə qeyd olunur ki, “ekskursiya çərçivəsində qonaqlar üçün keçəçilik sənəti üzrə ustad dərsi də təşkil edilib. Mərkəzin yetirmələri bu qədim tətbiqi sənət növünün hazırlanma texnikası, istifadə olunan materiallar və tarixi barədə ətraflı məlumat əldə edib, həmçinin praktiki məşğələdə iştirak ediblər. Ekskursiya çərçivəsində gənclər həmçinin Qala Arxeoloji-Etnoqrafik Muzey Kompleksində nümayiş etdirilən tarixi eksponatlarla tanış olublar, Azərbaycanın zəngin mədəni irsi və xalq sənətkarlığı nümunələri haqqında məlumatlandırılıblar”.

Tədbirin məqsədi əlilliyi olan şəxslərin yaradıcılıq bacarıqlarının inkişaf etdirilməsi və onların sosial inteqrasiyasına dəstək göstərilməsidir.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.