Press "Enter" to skip to content

Iğdırın rəngarəng əsrlik ənənəsi

Mərasim zamanı

BAYRAQDAR MEDİA – Iğdırda toy və xına gecələrinin diqqətçəkən ənənələrindən biri olan “xoruzvermə” mərasimi bu gün də yaşadılır. Qız tərəfinin oğlan tərəfinə xoruz hədiyyə etməsi ilə həyata keçirilən bu qədim adət özündə mühüm simvolik məna daşıyır.

Bu barədə igdirhaber.net saytı məlumat yayıb.

Bildirilib ki, yerli inanclara görə, xoruz evlilik, ailə başçılığı, ayıqlıq və bolluğu təmsil edir. Bəyə xoruz təqdim edilməsi onun artıq ailə qurmaq məsuliyyətini daşıyan yetkin şəxsə çevrilməsinin simvolu hesab olunur. Mərasimdən əvvəl xoruz rəngli sap və lentlərlə bəzədilir, oğlan tərəfinə təqdim edilərkən isə tərəflər arasında zarafatlı sövdələşmələr aparılır və ənənəvi olaraq bəxşiş tələb olunur. Yeni qurulan ailəyə bolluq və bərəkət gətirəcəyinə inanılan bu əsrlik ənənə Iğdırın zəngin mədəni irsinin yaşadılmasına xidmət edir.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.