Press "Enter" to skip to content

Antibiotik müqavimətinə qarşı maarifləndirmə 

Tədbir zamanı

BAYRAQDAR MEDİA – Süleyman Demirel Universiteti Xəstəxanasının İnfeksion Xəstəliklər və Klinik Mikrobiologiya şöbəsi antibiotiklərdən düzgün istifadə ilə bağlı maarifləndirici tədbir keçirib. Tədbir zamanı xəstə və onların yaxınlarına qısa sorğu keçirilib, antibiotik istifadəsi barədə məlumat verilib.

Professor Füsun Zeynep Akçam antibiotiklərə qarşı müqavimətin ictimai sağlamlıq üçün ciddi təhlükə olduğunu bildirib və dərmanların yalnız həkim məsləhəti ilə, müəyyən edilmiş dozada və müddətdə qəbul edilməsinin vacibliyini vurğulayıb. O, qrip və soyuqdəymə kimi virus mənşəli xəstəliklər zamanı antibiotik tələb edilməməsini, həkim tərəfindən təyin olunan antibiotikin isə müalicə müddəti başa çatmadan dayandırılmamasını tövsiyə edib. Həmçinin evdə qalan antibiotiklərin qohum və qonşulara tövsiyə edilməməsi barədə xəbərdarlıq edib.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.