BAYRAQDAR MEDİA – Anadolu Səlcuqları dövründə inşa edilən və İpək Yolunun mühüm dayanacaqlarından biri olan Iğdırdakı Ejder Karvansarası tarixi və memarlıq xüsusiyyətləri ilə diqqət çəkir. Harmandöven Karvansarası kimi də tanınan tarixi abidə Iğdır şəhərindən təxminən 30 kilometr məsafədə, Ağrı dağının ətəklərində yerləşir.
Bu barədə igdirhaber.net saytı məlumat yayıb.
Bildirilib ki, XIII əsrdə Sürməli əmiri Şərəfəddin Ejder bəy tərəfindən inşa etdirildiyi bildirilən karvansara Batum-Təbriz ticarət yolu üzərində tacir və karvanların əsas dayanacaq məntəqələrindən biri olub: “Mədəniyyət və Turizm Nazirliyinin həyata keçirdiyi bərpa işlərindən sonra yenidən ziyarətçilərin üzünə açılan abidə daş işləmələri, monumental quruluşu və giriş qapısındakı həndəsi naxışları ilə seçilir. Təqaüddə olan müəllim Arslantürk Akyıldız bildirib ki, karvansara Şərqdən gələn karvanların əsas ticarət yollarına qoşulduğu mühüm tarixi marşrut üzərində yerləşib. Onun sözlərinə görə, karvanlar burada 2-3 gün dincəldikdən və ehtiyaclarını təmin etdikdən sonra cənuba istiqamətlənərək Ərzurum, Kayseri, Ankara, İstanbul və Avropaya uzanan əsas karvan yoluna qoşulurdular”.
Akyıldız Ejder Karvansarasının bölgənin iqtisadi inkişafına ciddi töhfə verdiyini və bu gün aparılan bərpa işləri arasında abidənin öz orijinalına ən uyğun şəkildə yenilənən nümunələrdən biri olduğunu vurğulayıb.






İlk şərhi yaza bilərsiniz