Press "Enter" to skip to content

Dünya çempionatının son günündə Azərbaycan idmançılarının uğuru

Hacı Kərimov

BAYRAQDAR MEDİA – Slovakiyanın paytaxtı Bratislavada keçirilən güləş üzrə U20 dünya çempionatı sona çatıb.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Azərbaycan Güləş Federasiyasından daxil olub.

Xəbərdə bildirilir ki, “sonuncu yarış günündə 70, 74, 97 və 125 kq-da medalçılar müəyyənləşib. Hacı Kərimov (70 kq) finalda iranlı Sina Mehdi Xəliliylə qarşılaşıb. Rəqibinə 3:7 hesabıyla məğlub olan Hacı gümüş medalı boynundan asıb. Yusif Dursunov (125 kq) bürünc medal uğrunda görüşdə gürcüstanlı Aleksandre Abramişviliylə güləşib. Qarşılaşmanın əvvəlindən təşəbbüsü ələ keçirən Yusif sonadək üstünlüyü davam etdirib və 6:0 hesablı qələbəylə dünya üçüncüsü olub.

Beləliklə, güləşçilərimiz gənclərin dünya çempionatında 9 (1 qızıl, 4 gümüş, 4 bürünc) medal qazanıb”.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.