BAYRAQDAR MEDİA -Bakının ev sahibliyi etdiyi qadın voleybolçular arasında Avropa çempionatında (CEV Trendyol EuroVolley 2026 Women) C qrupunun dördüncü günündə iki görüş keçirilib.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Milli Gimnastika Arenasından daxil olub.
Xəbərdə bildirilir ki, “ilk olaraq Niderland və Portuqaliya yığmaları üz-üzə gəliblər. Qarşılaşmada Niderland komandası 3:0 hesablı qələbə qazanıb. Günün növbəti qarşılaşmasında Azərbaycan və Rumıniya yığmaları üz-üzə gəliblər. Görüşə daha yaxşı başlayan Azərbaycan millisi ilk iki seti öz xeyrinə başa vurub. Növbəti iki setdə isə rəqib üstün olub. Hesab 2:2 olduğundan qalibin müəyyənləşməsi üçün tay-brekə ehtiyac yaranıb. Həlledici setdə daha dəqiq oynayan yığmamız 15:8 hesabı ilə qalib gəlib və görüşdən 3:2 hesablı qələbə ilə ayrılıb. Bu qələbə ilə komanda pley-off mərhələsinə vəsiqəni də təmin edib”.
Sonra xəbərdə, “dördüncü günün yekununda 3 oyunda 3 qələbə qazanan Azərbaycan millisi 8 xalla C qrupunda liderliyini qoruyur. Belçika və Niderland yığmaları 5 xalla (2 oyun, 2 qələbə) müvafiq olaraq ikinci və üçüncü pillələrdə qərarlaşıblar. Rumıniya 2 xalla (2 oyun, 2 məğlubiyyət) dördüncü, İspaniya 1 xalla (2 oyun, 2 məğlubiyyət) beşinci yerdədir. Xalı olmayan Portuqaliya isə altıncı pillədə qərarlaşıb. Qeyd edək ki, C qrupunda növbəti oyunlar avqustun 25-də keçiriləcək. Saat 15:30-da Rumıniya – Belçika, 18:30-da isə Niderland – İspaniya qarşılaşmaları baş tutacaq” qeyd edilir.
Avropa çempionatı (CEV Trendyol EuroVolley 2026 Women) – C qrupu
24 avqust (4-cü gün)
Niderland – Portuqaliya 3:0 (25:21, 25:18, 25:23)
Azərbaycan – Rumıniya 3:2 (25:21, 25:23, 15:25, 22:25, 15:8)






İlk şərhi yaza bilərsiniz