Press "Enter" to skip to content

Mərkəzi Neftçilər Xəstəxanasında onlayn növbə sistemi istifadəyə verilib

BAYRAQDAR MEDİA – Mərkəzi Neftçilər Xəstəxanasında onlayn növbə sistemi istifadəyə verilib.

Bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) məlumat yayıb.

Bildirilib ki, TƏBİB tabeli tibb müəssisələrində vətəndaşların tibbi xidmətlərə əlçatanlığının artırılması və növbələrin daha səmərəli idarə olunması məqsədilə onlayn növbə sisteminin tətbiqi mərhələli şəkildə davam etdirilir:”Bu ç ərçivədə Mərkəzi Neftçilər Xəstəxanasının onlayn növbə sisteminə qoşulması prosesi tamamlanıb. Hazırda sistem üzərindən 11 ixtisas üzrə həkim (pulmonoloq, endokrinoloq, revmatoloq, nevroloq, otorinolarinqoloq (LOR), kardioloq, nefroloq, infeksionist, mama-ginekoloq, uroloq və terapevt) qəbuluna onlayn növbə götürmək mümkündür”.

Məlumatda qeyd edilib ki, vətəndaşların onlayn növbə sistemindən rahat istifadəsinin təmin edilməsi məqsədilə hazırda Mərkəzi Neftçilər Xəstəxanasında könüllülər fəaliyyət göstərir: “Onlar vətəndaşların qarşılanması və sistemdən istifadə ilə bağlı istiqamətləndirmənin aparılmasına dəstək göstərirlər. Onlayn növbə sisteminin tətbiqi pasiyent axınının daha səmərəli idarə olunmasına, gözləmə müddətinin azaldılmasına, həkimlərin iş yükünün optimallaşdırılmasına və tibbi xidmətlərə müraciət prosesinin daha rahat təşkilinə yönəlir”.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.