Press "Enter" to skip to content

Psixonevroloji sosial xidmət müəssisələrində 550-dən çox şəxsə xidmət göstərilir

BAYRAQDAR MEDİA – Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyində Sosial Xidmətlər Agentliyinin (SXA) psixonevroloji sosial xidmət müəssisələrində hazırda 561 sakin xidmətlərdən yararlanır.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya SXA-nın mətbuat xidmətindən daxil olub.

Xəbərdə deyilir ki, “Göygöl və Şamaxı rayonlarında, Gəncə şəhərində, həmçinin Bakının Buzovna qəsəbəsində yerləşən müəssisələrdə sakinlərin yaşayışı və sosial-reabilitasiyası üçün müasir şərait yaradılıb. Müəssisələrdə şəxslərin cəmiyyətdən təcrid olunmalarına gətirib çıxaran halların qarşısının alınması və sosial adaptasiyası məqsədilə tibbi-sosial, sosial-psixoloji, sosial-məişət, sosial-hüquqi xidmətlər göstərilir”.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.