Press "Enter" to skip to content

Şəhərətrafı qatarların hərəkət cədvəli müvəqqəti yenilənir

BAYRAQDAR MEDİA – “Azərbaycan Dəmir Yolları” QSC (ADY) 25 avqustdan Xırdalan–Biləcəri mənzilində aparılan təmir işləri ilə əlaqədar olaraq Bakı–Xırdalan–Bakı və Bakı–Pirşağı–Sumqayıt–Bakı marşrutları üzrə hərəkət edən şəhərətrafı qatarların hərəkət cədvəlində müvəqqəti dəyişiklik edəcək.

Bu barədə ADY-dən məlumat verilib.

Bildirilib ki, yenilənmiş hərəkət cədvəlinə əsasən, şəhərətrafı qatarların ümumi reys sayı 84-dən 90-a artırılacaq: “Bir daha qeyd edirik ki, bu dəyişiklik müvəqqətidir. Təmir işləri bitdikdən sonra Xırdalan-Sumqayıt xətti üzrə də sərnişindaşıma bərpa ediləcək. Avqustun 25-dən etibarən yeni hərəkət cədvəlləri www.ady.az saytında və “ADY Mobile” tətbiqində aktiv olacaq. Sərnişinlərdən səfərlərini planlaşdırarkən yenilənmiş hərəkət cədvəli ilə əvvəlcədən tanış olmaları xahiş olunur. Yeni cədvəllər: https://sml.az/25-avqust-qrafik”.

“Bir daha qeyd edirik ki, bu dəyişiklik müvəqqətidir. Təmir işləri bitdikdən sonra Xırdalan-Sumqayıt xətti üzrə də sərnişindaşıma bərpa ediləcək” deyə məlumatda vurğulanıb.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.