BAYRAQDAR MEDİA – Çanakkale Onsekiz Mart Universitetinin (ÇOMÜ) rektoru professor Ramazan Cüneyt Erenoğlu Kommunikasiya fakültəsinin yeni məkanına baş çəkib. Ziyarət zamanı rektor müavinləri professor Evren Karayel Gökkaya və professor Hüsnü Levent Dalyancı, Texniki İşlər və Tikinti İdarəsinin rəhbəri Sinan Karabulğu və Kommunikasiya fakültəsinin dekanı professor Onur Tatar da iştirak ediblər.
Bu barədə universitetin məlumatında qeyd edilib.
Məlumata görə, rektor Erenoğlu fakültənin yeni istifadə sahələri ilə tanış olub, dekan professor Onur Tatardan məkanın fiziki imkanları və fakültənin ehtiyacları barədə məlumat alıb.






İlk şərhi yaza bilərsiniz