BAYRAQDAR MEDİA – Erciyes Universitetində kampusun fiziki infrastrukturunun gücləndirilməsi istiqamətində işlər davam edir. Fen fakültəsinin tramvay qovşağından Araşdırma Dekanlığına qədər uzanan təxminən 1 kilometrlik ərazidə yeni piyada yolu yaradılır və işlərin abadlıq və yaşıllaşdırma tədbirləri ilə tamamlanması planlaşdırılır.
Bu barədə universitetdən məlumat verilib.
Rektor professor Fatih Altun aparılan səki və ətraf mühitin abadlaşdırılması işləri ilə yerində tanış olub. Layihə tələbə və əməkdaşların daha təhlükəsiz və rahat piyada hərəkətini təmin etmək məqsədi daşıyır. Rektor Altun kampusun yaşanabilir, yaşıl və güclü bir məkan olması istiqamətində fəaliyyət göstərdiklərini bildirib. O, görülən işlərin universitetin UI GreenMetric Dünya Universitetləri Sıralamasında Türkiyə üzrə üçüncü, dünya üzrə isə 66-cı yerdə qərarlaşmasına töhfə verən fəaliyyətlərdən olduğunu qeyd edib.






İlk şərhi yaza bilərsiniz