BAYRAQDAR MEDİA – Yeniyetmə stolüstü tennisçilər qarşıdakı yarışlara hazırlığı davam etdirirlər. Bu məqsədlə Azərbaycan Stolüstü Tennis Federasiyası (ASTF) tərəfindən növbəti təlim-məşq toplanışı təşkil olunub.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya ASTF-dən daxil olub.
Xəbərdə diqqətə çatdırılır ki, “Şəki Olimpiya İdman Kompleksində keçirilən toplanışa müxtəlif bölgələrdən 16 istedadlı idmançı qatılıb. Onlar avqustun 25-dən etibarən məşqçilər Qulu Quliyev, Rza Mirzəyev, Billurə Eminova və Gülnarə İbrahimovanın rəhbərliyi ilə fiziki, texniki və taktiki bacarıqlarını artırmağa çalışacaqlar. Hazırlıq prosesinə sentyabrın 1-də yekun vurulacaq”.






İlk şərhi yaza bilərsiniz