Press "Enter" to skip to content

Əlilliyi olan uşaqların əl işlərindən ibarət sərgi

Sərgi zamanı

BAYRAQDAR MEDİA – Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyində Sosial Xidmətlər Agentliyinin (SXA) 1 nömrəli Uşaq Reabilitasiya Mərkəzinin benefisiarlarının əl işlərindən ibarət sərgi keçirilib.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya SXA-nın mətbuat xidmətindən daxil olub.

Xəbərdə deyilir ki, ““İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsində keçirilən tədbirdə əlilliyi olan uşaqların rəsm əsərləri, taxta üzərində hazırladıqları dekorativ işlər, eləcə də müxtəlif qab və stəkanların üzərində hazırladıqları dizayn nümunələri daxil olmaqla 30-a yaxın əl işi nümayiş etdirilib. Sərgi uşaqların yaradıcılıq bacarıqlarını və potensialını nümayiş etdirmək, onların cəmiyyətə inteqrasiyasına və ictimai həyatda iştirakına dəstək məqsədi daşıyıb”.

Sərgidə əməkdar artist, tanınmış aktyor Bəhram Bağırzadə də iştirak edib və uşaqlara kitab hədiyyə edib.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.