Press "Enter" to skip to content

Dənizkənarı tədbir: “Dalğalarla birlikdə yoqa”

Yoqa

BAYRAQDAR MEDİA – Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyində Sosial Xidmətlər Agentliyinin (SXA) Mərdəkan Reabilitasiya Pansionatı və Xəzər Gənclər Evinin birgə təşkilatçılığı ilə “Dalğalarla birlikdə yoqa” adlı dənizkənarı tədbir keçirilib.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya SXA-nın mətbuat xidmətindən daxil olub.

Xəbərdə deyilir ki, “tədbir çərçivəsində iştirakçılar üçün dəniz kənarında yoqa sessiyası təşkil olunub. Daha sonra iştirakçıların psixoloji rifahına dəstək məqsədilə “Neqativləri dənizdə burax” adlı məşğələ keçirilib. Sonda iştirakçılar “Dəniz mənzərələri” mövzusunda rəsmlər çəkiblər”.

Ardınca xəbərdə, “tədbirin məqsədi əlilliyi olan şəxslərin və gənclərin fiziki aktivliyinin artırılması, psixoloji rifahının dəstəklənməsi, asudə vaxtlarının səmərəli təşkili və sosial inteqrasiyasına töhfə vermək olub” deyə bildilir.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.