BAYRAQDAR MEDİA – D. Əliyeva adına Azərbaycan Qadınlarının Hüquqlarının Müdafiəsi Cəmiyyəti İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirdiyi “Bələdiyyə fəaliyyəti – problemlər və perspektivlər” layihəsinin icrasını davam etdirir.
Layihə çərçivəsində növbəti tədbir 19.08.2026-cı il tarixində Xaçmaz rayonu- Heydər Əliyev adına Mədəniyyət Mərkəzində keçirilib.
Tədbirdə Xaçmaz rayonunu və kəndləri əhatə edən bələdiyyələrin 17 nəfər üzvləri və qulluqçuları iştirak edib.
Tədbiri D. Əliyeva adına Azərbaycan Qadınlarının Hüquqlarının Müdafiə Cəmiyyəti İctimai Birliyinin təlimçiləri Ə.Qurbanova və N.Qəniyeva aparıblar.
Tədbiri Xaçmaz rayon İH –nin nümayəndəsi Əlibaba Alxaslı açıb. İştirakçılarla tanışlıqdan sonra layihə və donor haqda məlumat verilib. Bildirilib ki, layihənin əsas məqsədi bələdiyyələrin fəaliyyət imkanlarının genişləndirilməsinə dəstək göstərmək, bu sahədə mövcud problemləri və inkişaf perspektivlərini araşdırmaq, bələdiyyə–vətəndaş və bələdiyyə–sahibkar münasibətlərinin inkişafına töhfə verməkdir.
Daha sonra təlimçi Əntiqə Qurbanova bələdiyyələrin fəaliyyəti, bələdiyyə–əhali və bələdiyyə–sahibkar münasibətlərinin qurulması, eləcə də bələdiyyələrin insan hüquqlarının, xüsusilə qadın hüquqlarının müdafiəsində rolu barədə təqdimatla çıxış edib.
Qeyd olunan mövzular ətrafında iştirakçılarla geniş müzakirələr aparılıb, onların fikir və təklifləri dinlənilib. Bələdiyyələrin üzləşdiyi problemlər, mövcud çətinliklərdən çıxış yolları və yerli özünüidarəetmənin inkişaf perspektivləri barədə fikir mübadiləsi aparılıb.
Təlimçi Nabat Qəniyeva bələdiyyələrin regionların sosial-iqtisadi inkişafındakı rolunun artırılması və maliyyə dayanıqlığının təmin edilməsi məqsədilə qanunvericiliyə edilmiş əlavə və dəyişikliklər barədə məlumat verib.
Bildirilib ki, qanunvericiliyə edilən dəyişikliklər bələdiyyələrin qrant vəsaitləri əldə etməsi üçün yeni imkanlar yaradır.
Təlim zamanı bələdiyyələrin maliyyə dayanıqlığının gücləndirilməsi məqsədilə layihə təkliflərinin hazırlanması, real ideyaların layihələşdirilməsi, hesabatlılıq, müsabiqə və tenderlərdə iştirak qaydaları haqqında da ətraflı məlumat təqdim olunub.
Tədbirin sonunda layihə təkliflərinin hazırlanması və hesabatlılıq mövzularında qrup işləri həyata keçirilib.
Tədbir zamanı foto və video çəkilişləri aparılıb, həmçinin iştirakçılar üçün çay süfrəsi təşkil olunub.






İlk şərhi yaza bilərsiniz