Press "Enter" to skip to content

Qayıdan xatirələr… – VİDEO

BAYRAQDAR MEDİA – Bu, məcburi köçkünlüyün kədərli, nisgilli, ancaq sonu xoşbəxtliklə bitən hekayələrindəndir. Laçın rayonunun Mirik kəndindən olan Balakişiyevlər ailəsinin işğaldan əvvəlki və Qələbədən sonrakı foto və videolarının dili, ailə üzvlərinin xatirələri ilə canlandırılan bir hekayə…

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin (QMKİDK) mətbuat xidmətindən daxil olub.

Xəbərdə bildirilir ki, “Ermənistanın hərbi təcavüzü onları dağlar qoynunda yaşadıqları sevincli və bərəkətli günlərdən ayırıb, çöllərə salmış, ağır şəraitdə yaşamağa məcbur etmişdi. Müzəffər Azərbaycan Ordusu düşməni məğlub edib torpaqlardan qovduqdan sonra Mirik kəndindəki evlərinin xarabalıqları qalmış həyəti belə Balakişiyevlər ailəsi üçün keçmişin ab-havasını yaşadan əziz bir məkandır. Xoş günlərin qayıdışı ailəni qürurlandırır və tezliklə doğma yurdda yaşayacaqlarına inam yaradır”.

Qeyd edək ki, videoçarx sözügedən Komitənin təşkilatçılığı və Laçın rayonunda Prezidentin xüsusi nümayəndəliyinin dəstəyi ilə hazırlanıb.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.