BAYRAQDAR MEDİA – Bakı Dövlət Universitetinin (BDU) nəzdində “Gənc istedadlar” liseyinin builki məzunları qəbul imtahanlarında uğurlu nəticələr əldə ediblər.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya BDU-nun mətbuat xidmətindən daxil olub.
Xəbərdə deyilir ki, “belə ki, bu il liseyin 61 məzununun hamısı respublikamızın, həmçinin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrinə qəbul olunub. Liseyin məzunlarından 11-i təhsilini xarici ölkələrin tanınmış universitetlərində, 8-i isə BDU tələbəsi kimi davam etdirəcək”.






İlk şərhi yaza bilərsiniz