BAYRAQDAR MEDİA – Ukraynanın yeni İstanbul baş konsulu Heorhii Filatov və konsul Valentyna Khorunzha avqustun 21-də İstanbul Universitetinə gedərək rektor professor Osman Bülent Zülfikarı ziyarət ediblər.
Görüşdə Türkiyə ilə Ukrayna arasında akademik və mədəni əlaqələrin inkişaf etdirilməsi, həmçinin İstanbul Universiteti ilə Ukraynadakı ali təhsil müəssisələri arasında əməkdaşlıq imkanları müzakirə olunub.
Görüşdə İstanbul Universitetinin İkitərəfli və Çoxtərəfli Əlaqələr üzrə koordinatoru professor Canan Cacına da iştirak edib. Rektor Zülfikar Heorhii Filatovu yeni vəzifəsi münasibətilə təbrik edərək ona uğurlar arzulayıb. Görüş xatirə fotosunun çəkilməsi ilə başa çatıb.






İlk şərhi yaza bilərsiniz