Press "Enter" to skip to content

Nazir CEV Prezidenti ilə görüşüb

Görüş zamanı

BAYRAQDAR MEDİA – Avqustun 26-da gənclər və idman naziri Fərid Qayıbov Avropa Voleybol Konfederasiyasının (CEV) Prezidenti Roko Sikiriçi qəbul edib.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən daxil olub.

Xəbərdə bildirilir ki, “görüşdə Azərbaycanda voleybolun inkişafı, Azərbaycanda keçirilən beynəlxalq yarışlar, Azərbaycan Voleybol Federasiyası ilə CEV arasında əməkdaşlığın perspektivləri barədə fikir mübadiləsi aparılıb. Görüşdə nazirliyin İdman şöbəsinin müdiri Elnur Məmmədov və CEV-in vitse-prezidenti Qay Juvet də iştirak ediblər”.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.