Press "Enter" to skip to content

Beynəlxalq türkologiya tələbələri qəbul edilib

Anadolu Universiteti

BAYRAQDAR MEDİA – Anadolu Universiteti Xaricdəki Türklər və Əqrəba Topluluqları İdarəsi (YTB) və Təhsilə Dəstək Fondu (EDEV) ilə əməkdaşlıq çərçivəsində beynəlxalq türkologiya tələbələri üçün təşkil olunan yay məktəbinə ev sahibliyi edib. Özbəkistan, Bosniya və Herseqovina, Rumıniya, Şimali Makedoniya, Albaniya, Qazaxıstan, Rusiya, İordaniya, Serbiya və Misirdən gələn tələbələr universitetin rektoru professor Yusuf Adıgüzəllə səhər yeməyində görüşüblər.

10 günlük proqramın beş günü şəhərdışı mədəni səfərlərə, beş günü isə Eskişehir mərkəzli tədbirlərə həsr olunub. İstanbuldan başlayan səfərlər Bursa və Eskişehirdə davam edib və tələbələr Türkiyənin tarixi-mədəni irsi ilə yaxından tanış olublar. Akademik dərslər Anadolu Universitetinin Türk Dili Tədrisi Tətbiq və Araşdırma Mərkəzində (TÖMER) keçirilib. Proqram Eskişehirdə şəhər turundan sonra başa çatacaq və tələbələr əldə etdikləri akademik və mədəni təcrübələrlə ölkələrinə qayıdacaqlar.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.