Press "Enter" to skip to content

Yeni yaradıcı istiqamətlər üzrə tədris proqramları

BAYRAQDAR MEDİA – Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi (MEMİM) tərəfindən incəsənət məktəblərində tədrisi nəzərdə tutulan 5 yeni yaradıcı istiqamət üzrə tədris proqramları hazırlanıb.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya sözügedən Nazirliyin mətbuat xidmətindən daxil olub.

Xəbərdə deyilir ki, “tədris proqramları bədii keramika, geyim üzrə dizayn, rəqəmsal musiqi, 3D personaj animasiyası və fotoqrafiya ixtisaslarını əhatə edir. Proqramların əsas məqsədi müasir yaradıcı sənaye sahələrinə maraq göstərən və bu istiqamətlərdə potensiala malik yeniyetmələrin istedad və bacarıqlarının inkişafına şərait yaratmaq, onların yeni ixtisaslar üzrə təhsil imkanlarını genişləndirmək, gələcəyin yaradıcı peşələrinə hazırlığını dəstəkləməkdir”.

Xatırladaq ki, MEMİM tərəfindən daha öncə məktəblərdə tədris olunan ixtisas və fənlər – fortepiano, violin, tar, kamança, qanun, qarmon, balaban, saksofon, xor, vokal, xor dirijorluğu sinifləri, eləcə də elementar musiqi nəzəriyyəsi fənni üzrə tədris proqramları hazırlanıb.

Sözügedən tədris proqramları ilə MEMİM-in rəsmi internet səhifəsinin (memim.az) “Nəşrlərimiz” bölməsindən tanış olmaq mümkündür.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.