Press "Enter" to skip to content

SDÜ-dən 49 fəaliyyət təqdimatı

Süleyman Demirel Üniversiteti Araşdırma və Tətbiq Xəstəxanası

Son yeniləmə: 27 Avqust 2026

BAYRAQDAR MEDİA – Süleyman Demirel Universiteti “COP31 Türkiyə-Antalya 2026” prosesinə dair akademik və institusional hazırlıqlarını tamamlayaraq, müvafiq proses çərçivəsində ümumilikdə 49 fəaliyyət təqdim edib.

Bu barədə universitetin məlumatında qeyd edilib.

Bildirilib ki, Ali Təhsil Şurasının koordinasiyası ilə həyata keçirilən “COP31 Türkiyə Universitet Töhfələri və Layihə Təqdimatı Prosesi” çərçivəsində hazırlanan təqdimatlar SDÜ-nün iqlim dəyişiklikləri və davamlılıq sahəsində elmi potensialını və çoxşaxəli tədqiqat imkanlarını ortaya qoyub.

Universitet tərəfindən təqdim edilən fəaliyyətlər arasında 21 elmi-tədqiqat və inkişaf (Ar-Ge) layihəsi, kommersiyalaşdırma potensialına malik 2 layihə, 2 beynəlxalq əməkdaşlıq təklifi, 19 tədbir və COP31-dən əvvəl həyata keçirilməsi nəzərdə tutulan 5 hazırlıq və maarifləndirmə fəaliyyəti olmaqla, ümumilikdə 49 fəaliyyət yer alır.

COP31 çərçivəsində həyata keçirilən müraciət və təqdimat prosesinə 40 akademik və tədqiqatçı töhfə verib. Hazırlanan layihə və fəaliyyətlərdə iqlim dəyişiklikləri, su ehtiyatlarının idarə olunması, göl ekosistemləri, sıfır tullantı, təmiz enerjiyə keçid, yaşıl sənayeləşmə, ərzaq təhlükəsizliyi, iqlimə davamlı səhiyyə sistemləri, süni intellekt dəstəkli qərar qəbuletmə sistemləri, dövri iqtisadiyyat və davamlı kampus tətbiqləri əsas istiqamətlər arasında yer alıb.

Bu çərçivədə “COP31 Universitet rəhbərliyi və xarici tərəfdaşlarla məsləhətləşmə toplantısı”, “COP31 Tələbələrin məlumatlandırılması seminarı”, “Yaşıl Kampus Maarifləndirmə Günü”, “COP31 Tələbə cəmiyyətlərinin qarşılıqlı əlaqə və məlumatlandırma tədbiri” və “COP31 yolunda Yaşıl Kampus və Davamlı Texnologiyalar İdeatonu” keçiriləcək.

Planlaşdırılan fəaliyyətlərlə tələbələrin COP31 gündəliyinə fəal şəkildə cəlb edilməsi, universitetin yaşıl kampus tətbiqlərinin görünürlüğünün artırılması və regional tərəfdaşlarla yeni əməkdaşlıq istiqamətlərinin inkişaf etdirilməsi hədəflənir.

Ümumilikdə 49 fəaliyyət təqdimatından ibarət portfel Süleyman Dəmirəl Universitetinin tədqiqat infrastrukturunu və akademik potensialını COP31 gündəliyi ilə birləşdirməklə yanaşı, İsparta və regionun iqlim, ətraf mühit və davamlı inkişaf sahələrindəki ehtiyaclarına elmi əsaslı həllərin hazırlanmasına töhfə verməyi də qarşıya məqsəd qoyur.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.