Press "Enter" to skip to content

İSTAD-dan “Qafqaz İslam Ordusunun izi ilə Qarabağ Zəfəri” səfəri

Tədbirdən xatirə fotosu

Son yeniləmə: 27 Avqust 2026

BAYRAQDAR MEDİA – İstanbul Türkiyə-Azərbaycan Həmrəylik və Mədəniyyət Dərnəyi (İSTAD) Türkiyə-Azərbaycan qardaşlığını möhkəmləndirmək, ortaq tarix və mədəni irsi yaşatmaq məqsədilə Azərbaycana genişmiqyaslı tarixi-mədəni səfər təşkil edib. 30 nəfərlik heyətin iştirak etdiyi səfər “Qafqaz İslam Ordusunun izi ilə Qarabağ Zəfəri” mövzusunda keçirilib və İğdır, Naxçıvan, Gəncə, Xocalı, Xankəndi, Şuşa və Bakı şəhərlərini əhatə edib.

Bu barədə yesiligdir.com saytı məlumat yayıb.

Bildirilib ki, heyət səfər çərçivəsində tarixi və mədəni məkanları ziyarət edib, şəhidlərin xatirəsini yad edib: “Gəncədə Şah Abbas məscidi, Cavad xan türbəsi, Qafqaz İslam Ordusu abidəsi və Nizami Gəncəvi türbəsi ziyarət olunub. Xocalıda şəhidlərin ruhuna dualar oxunub, Xankəndidə Qarabağ qazisi və Milli Qəhrəman İbad Hüseynli ilə görüş keçirilib. Şuşada İsa bulağı, Gövhər Ağa məscidi və Cıdır düzü ziyarət edilib, Bakıda isə Fəxri xiyaban, I və II Şəhidlər xiyabanı və Türk Şəhidliyi ziyarət olunub”.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.