Press "Enter" to skip to content

Sovet dövründən qalan adlar ləğv edildi

Bişkek şəhərinin mərkəzi

BAYRAQDAR MEDİA – Qırğızıstanın paytaxtı Bişkekdə inzibati-ərazi islahatından sonra çoxsaylı küçə və prospektlərin adları dəyişdirilib. Bişkek Şəhər Şurasının qərarı ilə eyni nəqliyyat marşrutu üzərində yerləşən, lakin fərqli adlar daşıyan küçələr birləşdirilərək daha sadə ünvan sistemi yaradılıb.

Bu barədə Kırım Haber Ajansı məlumat yayıb.

Bildirilib ki, dəyişikliklərin əsas məqsədi təkrarlanan küçə adlarını aradan qaldırmaq və nəqliyyat marşrutlarını daha aydın etməkdir: “Yeni siyahıda Sovet İttifaqı dövründən qalan bir sıra küçə adlarının ləğv edilərək onların Qırğızıstanın tarixi və milli kimliyini əks etdirən adlarla əvəzlənməsi diqqət çəkir. Paytaxtın əsas küçələrinə Çuy, Jibek Jolu, Çingiz Aytmatov və Aalı Tokombayev kimi adlar verilib. Həmçinin Manas, Şabdan Batır, Cusup Abdrahmanov, Kurmancan Datka, İmanalı Aidarbekov və Absamat Masaliyev kimi tarixi şəxsiyyətlərin adları şəhərin əsas küçələrində yer alıb”.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.