Son yeniləmə: 27 Avqust 2026
BAYRAQDAR MEDİA – İğdırın Koçkıran kəndində geniş iştirakla “Şəhidlərə Vəfa Proqramı” təşkil olunub.
Bu barədə yesiligdir.com saytı məlumat yayıb.
Bildirilib ki, tədbirdə Karakoyunlu rayon rəhbərliyi, universitet nümayəndələri, bələdiyyə sədrləri, siyasi partiya təmsilçiləri və çoxsaylı qonaqlar iştirak ediblər: “Koçkıran Mədəniyyət Mərkəzində keçirilən tədbirdə kəndin iki şəhidi – Turqay Erol və Fatih Kara dualarla yad edilib. Şəhid ailələrinə xatirə lövhələri təqdim olunub. Tədbirdə vətən sevgisinin milli və mənəvi dəyər olduğu vurğulanıb və Türkiyə Cümhuriyyətinin şəhidlərin fədakarlığı sayəsində əbədi yaşayacağı qeyd edilib”.
Tədbirlə bağlı diqqətçəkən başqa bir məqam isə mərasimin keçirildiyi məkanda Türkiyə və Azərbaycan bayraqlarının qoşa asılması olub.






İlk şərhi yaza bilərsiniz