Son yeniləmə: 27 Avqust 2026
BAYRAQDAR MEDİA – Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyində Sosial Xidmətlər Agentliyinin (SXA) Şağan Reabilitasiya Pansionatında əlilliyi olan şəxslər üçün Ebru sənəti üzrə master-klas təşkil edilib.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya SXA-nın mətbuat xidmətindən daxil olub.
Xəbərdə deyilir ki, “gənc rəssam Ümüd Həsənli tərəfindən keçirilən master-klass zamanı iştirakçılara Ebru sənətinin yaranma tarixi, əsas xüsusiyyətləri və istifadə olunan texnikalar barədə məlumat verilib. Daha sonra iştirakçılar müxtəlif boya və naxışlardan istifadə etməklə öz yaradıcılıq nümunələrini hazırlayıblar”.
Tədbir əlilliyi olan şəxslərin özünüifadəsi, sosiallaşması, yaradıcılığın inkişafı və emosional rahatlığının dəstəklənməsi məqsədi daşıyıb.






İlk şərhi yaza bilərsiniz