Son yeniləmə: 27 Avqust 2026
BAYRAQDAR MEDİA – Stolüstü tennisçilər yeni sınaq qarşısındadır. 13 yaşadək idmançılardan ibarət komanda Fransada keçiriləcək mötəbər yarışda Azərbaycanı təmsil edəcək.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Azərbaycan Stolüstü Tennis Federasiyasından daxil olub.
Xəbərdə qeyd olunur ki, “Əliəkbər Mirzəliyev, Cəfər Almədədli, Camal Kərim, Mehin Mirzəbalayeva, Yasəmən Həbibova, Gülnur Kərimli və Səidə Qulizadə seçmə komandanın məşqçiləri Elnur Hidayətzadə və Ramil Cəfərovun rəhbərliyi ilə avqustun 28-də Şiltinheym şəhərində start götürəcək “Euro Mini Champs” turnirində bacarığını göstərəcək. Kiçik Avropa çempionatı adlandırılan və sayca 20-ci olan yarışa avqustun 31-də yekun vurulacaq. Qeyd edək ki, tanınmış stolüstü tennisçi Onur Quluzadə 2024-cü ildə bu yarışın bürünc medalını qazanmışdı”.






İlk şərhi yaza bilərsiniz