Press "Enter" to skip to content

Musiqi müəllimliyi üçün qabiliyyət imtahanı

BAYRAQDAR MEDİA – Yakın Doğu Universitetinin Atatürk Təhsil Fakültəsinin Təsviri Sənətlərin Təhsili Bölməsinin Musiqi Müəllimliyi ixtisası üzrə 2026–2027-ci tədris ili üçün keçiriləcək “Musiqi Müəllimliyi İxtisasına Qəbul Qabiliyyət İmtahanı”na hazırlıqlar başlayıb.

Bu barədə universitetin məlumatında qeyd edilib.

Bildirilib ki, imtahan sentyabrın 3-də əyani və onlayn formatda keçiriləcək. Namizədlər 2026–2027-ci tədris ili üzrə bakalavr, magistratura və doktorantura proqramlarına müraciət edə biləcəklər.

Universitetin müvafiq bölməsi yeni tədris ilində YÖK və YÖDAK tərəfindən təsdiqlənmiş proqramlarına tələbə qəbul edəcək.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.