BAYRAQDAR MEDİA – Azərbaycanın mədəniyyət paytaxtı Şuşanın simvolu olan Xarıbülbül çiçəyinin İğdırda müxtəlif məhsullara çevrildiyi sərginin açılışı keçirilib. Sərgini İğdır valisi M. Fırat Taşolar və dəvət olunan qonaqlar açıb.
Bu barədə İğdır valiliyinin məlumatında qeyd edilib.
Bildirilib ki, sərginin hazırlanmasının bütün mərhələləri ilə vali M. Fırat Taşoların həyat yoldaşı Didem Taşolar şəxsən maraqlanıb. Ziyarətçilərə Xarıbülbül motivləri ilə hazırlanmış müxtəlif əl işləri təqdim olunub.
İğdır Valiliyinin təşəbbüsü ilə keçirilən sərgi İl Mədəniyyət və Turizm Müdiri Zehra Aratın koordinasiyası və İl Milli Təhsil Müdiri vəkili Yalçın Türkyılmazın əməkdaşlığı ilə təşkil olunub. Sərgidə Xarıbülbül simvolu İğdırın yerli dəyərləri ilə birləşdirilib. Azərbaycanla bağlı mühüm simvola çevrilən Xarıbülbül “Karabatak” boyunbağısı, ərik çiçəyi balı və İğdır Şalak ərikləri kimi brend məhsullar sırasına əlavə edilib.
Vali M. Fırat Taşolar Xarıbülbülün də İğdırın tanınan brend məhsullarından birinə çevriləcəyini bildirib.






İlk şərhi yaza bilərsiniz