BAYRAQDAR MEDİA – Pamukkale Universitetində 30 Avqust Zəfər Bayramı münasibətilə “Türk tarixinin dönüş nöqtələrinin məktəblərdə tədrisi: Malazgirt, Çanaqqala, Sakarya və 30 Avqust ruhu” mövzusunda konfrans keçirilib. Tədbirin açılışında rektor müavini Prof. Dr. Ersan Öz Malazgirt, Çanaqqala, Sakarya zəfərləri və 30 Avqust ruhunun mahiyyətini anlamağın vacibliyini vurğulayıb.
Bu barədə universitetin məlumatında qeyd edilib.
Məlumata görə, daha sonra PAU Təhsil Fakültəsinin Türk dili və sosial elmlər təhsili bölməsinin rəhbəri Prof. Dr. Yasin Doğan mövzu ilə bağlı təqdimatla çıxış edib. O, Anadolu xəritəsi üzərində infroqrafik təqdimatdan istifadə edərək 1071-ci il Malazgirt döyüşünün, 18 mart 1915-ci il Çanaqqala zəfərinin, 23 avqust–13 sentyabr 1921-ci il Sakarya Meydan Müharibəsinin və 1922-ci ildə Böyük Hücum nəticəsində qazanılan 30 Avqust Zəfərinin əhəmiyyətini izah edib.
Prof. Dr. Doğan bu dörd böyük zəfərin türk tarixində vahid və ortaq məna formalaşdırdığını vurğulayıb. Konfransın sonunda rektor müavini Prof. Dr. Ersan Öz Prof. Dr. Yasin Doğana təşəkkürnamə təqdim edib.






İlk şərhi yaza bilərsiniz