BAYRAQDAR MEDİA – Karsda ianələr hesabına yaradılan Qızılay Aşevinin sentyabrın 1-də fəaliyyətə başlayacağı açıqlanıb. Ehtiyacı olan şəxslərə ilboyu isti yemək dəstəyi göstərəcək mərkəzin açılışında Qızılayın başqanı Fatma Meriç Yılmaz da iştirak edəcək.
Bu barədə karsmanset.com saytı məlumat yayıb.
Bildirilib ki, şəhidlər məhəlləsi, 135-ci küçə, 11 nömrəli ünvanda yerləşən aşevinin açılış mərasimi 1 sentyabr 2026-cı il, çərşənbə axşamı saat 11:00-da keçiriləcək. Vətəndaşların ianələri ilə inşa edilən mərkəzdə ehtiyacı olan insanlara yemək xidməti göstəriləcək. İsti yemək yardımının yalnız müəyyən dövrlərlə məhdudlaşmayaraq ilboyu davam etdirilməsi planlaşdırılır.
Kızılay Kars şöbəsinin rəhbəri Kübra Hüryurt yeni xidmətin fəaliyyətə başlamasından məmnunluğunu ifadə edib və yerli medianın dəstəyinin vacib olduğunu bildirib. O, jurnalistləri açılış mərasiminə dəvət edib və göstərdikləri dəstəyə görə təşəkkürünü çatdırıb.






İlk şərhi yaza bilərsiniz