BAYRAQDAR MEDİA – “Serhan Asker ilə Möhtəşəm Xatirələr” proqramı Eskişehirin Alpu rayonunun Sakarıkaracaören kəndindən canlı yayımla Halk TV ekranlarına gəlib. Proqramda kəndin zəngin mədəniyyəti, tarixi, yerli dəyərləri və səmimi kənd həyatı tamaşaçılara təqdim olunub.
Bu barədə eskisehir.net saytı məlumat yayıb.
Bildirilib ki, kənd sakinləri bağlama, türkülər və söhbətlərlə qonaqları qarşılayıblar: “Canlı yayım Alpunun yerli və mədəni zənginliklərinin Türkiyəyə tanıdılmasına imkan yaradıb. Şəhər mərkəzindən təxminən 80 kilometr məsafədə yerləşən Sakarıkaracaören təbii gözəllikləri və sakit atmosferi ilə diqqət çəkir. Kəndin yaxınlığındakı Yenice su anbarı balıqçılıq, piknik və təbiət gəzintiləri üçün əlverişli imkanlar yaradır. 2024-cü ilin məlumatına görə, 234 nəfər əhalisi olan kənd sakinləri əsasən kənd təsərrüfatı və heyvandarlıqla məşğuldur”.






İlk şərhi yaza bilərsiniz