Press "Enter" to skip to content

Azərbaycanla Ticarət əməkdaşlığı müzakirə edilib

Görüşdən foto

BAYRAQDAR MEDIA – Kars Ticarət və Sənaye Palatasının nümayəndə heyətinin Azərbaycanın Kars Baş Konsulluğuna səfəri zamanı iqtisadi əlaqələr və iş dünyası arasında əməkdaşlıq imkanları müzakirə olunub.

Bu barədə karshakimiyet.com saytı məlumat yayıb.

Bildirilib ki, görüşdə iki ölkənin iş dünyası arasında əməkdaşlığın artırılması və qarşılıqlı həyata keçirilə biləcək layihələr nəzərdən keçirilib: “Karsın regional ticarətdə rolunun gücləndirilməsi, yeni investisiya və ticarət imkanlarının yaradılması barədə fikir mübadiləsi aparılıb. Görüş zamanı Kars ilə Azərbaycan arasındakı iqtisadi əlaqələrin inkişaf etdirilməsi istiqamətində atılacaq addımlar da müzakirə olunub”.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.