Press "Enter" to skip to content

Azərbaycan Monteneqroda cüdo üzrə Avropa çempionatında

Azərbaycan Monteneqroda cüdo üzrə Avropa çempionatında

BAYRAQDAR MEDİA – 3–6 sentyabr tarixlərində Monteneqronun paytaxtı Podqoritsada cüdo üzrə gənclər arasında Avropa çempionatı keçiriləcək.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Azərbaycan Cüdo Federasiyasından daxil olub.

Xəbərdə deyilir ki, “Azərbaycan qitə yarışında 10 çəki dərəcəsində 14 idmançı (9 oğlan, 5 qız) ilə təmsil olunacaq. Kollektivə gənc oğlanlardan ibarət yığmanın baş məşqçisi Rüstəm Alimli, məşqçilər Elxan Rəcəbli, Əbdülhəqq Rəsullu, qadınlardan ibarət yığmanın baş məşqçisi Amina Abdellatif və böyük məşqçi Saşa Herkenrat-Vimar rəhbərlik edəcək. Gənclər arasında Avropa çempionatında 44 ölkədən 410 cüdoçu (226 oğlan, 184 qız) mübarizə aparacaq”.

Heyətə daxildir:

Qızlar

-48 kq
Nərgiz Əhmədova
Gülgəz Musayeva

-52 kq
Aysun Məmmədova

-57 kq
Aytən Verdiyeva
Xədicə Qədəşova

Oğlanlar

-60 kq
Ayxan Mirzəzadə

-66 kq
Məhəmməd Musayev

-73 kq
Əbil Yusubov

-81 kq
Cəsur İbadlı
Mehdi Abbasov

-90 kq
Aslan Kotsoyev
Süleyman Şükürov

-100 kq
Davud Namazlı

+100 kq
Ramazan Əhmədov

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.