Press "Enter" to skip to content

Diaspor təmsilçiləri Moldovanın Müstəqillik Günü ilə bağlı rəsmi tədbirdə iştirak edib

Mərasim zamanı

BAYRAQDAR MEDİA – Kişineuda fəaliyyət göstərən Moldova Azərbaycanlıları Konqresinin (MAK) nümayəndələri Moldova Respublikasının müstəqilliyinin elan olunmasının 35-ci ildönümü münasibətilə keçirilən rəsmi tədbirdə iştirak edib.

Bu barədə Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.

Bildirilib ki, tədbirdə Moldova Respublikasının Prezidenti Maya Sandu, Baş nazir VasileTofan, Parlamentin sədri İqorQrosu, Millətlərarası Münasibətlər Agentliyinin baş direktoru VyaçeslavRyabçinski və müxtəlif etnomədəni təşkilatların rəhbərləri yer alıb.

Mərasimdə diaspor və etnik icmaların nümayəndələrinin ənənəvi milli geyimlərdə iştirakı Moldovanın etnik və mədəni müxtəlifliyini, eləcə də ölkədə yaşayan müxtəlif xalqların birliyini əks etdirib.

Təntənəli mərasim zamanı MariyaBieşu adına Moldova Respublikası Milli Opera və Balet Teatrının solisti, Moldovanın əməkdar artisti AnnaÇernikovanın ifasında Moldova Respublikasının Dövlət Himni səsləndirilib.

MAK-nin sədri Elçin Bayramov Moldova Respublikasının Prezidenti Maya Sandunu, Parlamentin sədri İqorQrosunu və Baş nazir VasileTofanı Müstəqillik Günü münasibətilə təbrik edib. O, ölkə rəhbərliyinə və Moldova xalqına sülh, firavanlıq və davamlı inkişaf arzulayıb.

MAK nümayəndələrinin tədbirdə iştirakı Azərbaycan diasporunun Moldova Respublikasına ehtiramının göstəricisi olmaqla yanaşı, soydaşlarımızın ölkənin ictimai həyatında fəal rolunu da vurğulayıb.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.