Press "Enter" to skip to content

Müstəqil Özbəkistan 35 yaşında

Dildora Abdullayeva

Dildora Abdullayeva: Müstəqillik, ilk növbədə, xalqın milli qüruru, öz taleyini özü müəyyən etmək hüququ və parlaq gələcəyə inamıdır

BAYRAQDAR MEDİA – Bu günlər qardaş Özbəkistanda bayramlar bayramı qeyd edilir. Məlum olduğu kimi 1991-cü il avqustun 31-də dövlət müstəqilliyi haqqında akt qəbul edilib. 1 sentyabr tarixi isə qardaş ölkədə Müstəqillik Bayramı kimi geniş miqyasda qeyd olunur.

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev
Özbəkistan Prezidenti Şavkat Mirziyoyev

Beləliklə, qardaş Özbəkistanın müstəqilliyinin 35-ci ildönümü ilə bağlı elə Özbəkistandan olan jurnalist, həmçinin Azərbaycana sevgisi ilə də tanınan Özbəkistan Milli Teleradio Şirkətinin əməkdaşı Dildora Abdullayevanın bu yibiley haqqında fikirlərini təqdim edirik:

“1991-ci il 31 avqust müstəqilliyin qəbul edildiyi gündür. 1 sentyabr isə Özbəkistanda Müstəqillik bayramı günü kimi geniş şəkildə qeyd olunur. Bu il Özbəkistan Respublikasının dövlət müstəqilliyinin 35-ci ildönümü ölkə üzrə geniş şənliklər və yüksək təntənə ilə qeyd edilir. Bu əlamətdar tarix xalqın azad və firavan həyat, sülh və əmin-amanlıq, milli dəyərlər və parlaq gələcəyə doğru keçdiyi şərəfli yolu bir daha nümayiş etdirir.

Bayrağın meydana gətirilməsi
Bayrağın meydana gətirilməsi

Avqustun 28-də Yeni Daşkənddə Özbəkistan Respublikasının dövlət müstəqilliyinin 35-ci ildönümünə həsr olunmuş təntənəli bayram proqramı keçirildi. Təntənəli tədbir zamanı ölkənin tarixi inkişaf mərhələləri, əldə olunan böyük nailiyyətlər və bugünkü Özbəkistanın yeni siması təsirli səhnə quruluşları, musiqi nömrələri və bədii kompozisiyalar vasitəsilə nümayiş etdirildi.

Bayram tədbiri
Bayram tədbiri

Xüsusilə bayram proqramında Özbəkistan Respublikasının Birinci Prezidenti, müstəqil Özbəkistan dövlətçiliyinin əsasını qoyanlardan biri İslam Abduqəniyeviç Kərimovun xatirəsinə xüsusi ehtiram göstərilib. Onun ölkənin müstəqilliyinin möhkəmləndirilməsi və milli dövlətçiliyin qurulmasında tarixi xidmətləri yad edilib.

Bayram proqramının əvvəlində Özbəkistan Prezidenti Şavkat Mirziyoyev çıxış etdi. Çıxışda müstəqilliyin ilk illərində ölkə qarşısında duran mürəkkəb vəzifələr, müstəqil dövlətin hüquqi və siyasi əsaslarının yaradılması, milli dəyərlərin bərpası və Vətənin inkişafı üçün möhkəm təməlin formalaşdırılması istiqamətində görülən işlər xüsusi vurğulandı.

Bayram səhnəsində səslənən Vətən mövzusunda mahnılar, rəqslər və bədii çıxışlarda xalqın sabaha inamı, ölkəyə məhəbbəti və müstəqillik nemətinin dəyəri öz əksini tapdı.

Atəşfəşanlıq
Atəşfəşanlıq

Müstəqilliyin 35-ci ildönümü yalnız bayram deyil, həm də keçilmiş yola nəzər salmaq, bugünkü nailiyyətləri dəyərləndirmək və gələcək qarşısında duran nəcib məqsədləri müəyyənləşdirmək üçün mühüm fürsət olub. Çünki müstəqillik, ilk növbədə, xalqın milli qüruru, öz taleyini özü müəyyən etmək hüququ və parlaq gələcəyə inamıdır. Bu müqəddəs tarix hamımızı Vətənin inkişafı, xalqın rifahı və ölkədə sülhün təmin olunması naminə daha sıx birlik nümayiş etdirməyə çağırır.

Müstəqillik bayramı keçmişi xatırlamaq, bu günü qiymətləndirmək və gələcəyə inamla addımlamaq rəmzidir”.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.