BAYRAQDAR MEDİA – Kadet boksçular (U-15) arasında Azərbaycan kuboku keçiriləcək.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Azərbaycan Boks Federasiyasından daxil olub.
Xəbərdə deyilir ki, “sentyabrın 1-də başlayacaq yarışda zona birinciliklərinin final mərhələsində fərqlənən idmançılar güclərini yoxlayacaqlar. U-15 Azərbaycan kubokuna 39 komandanın 97 boksçusu qatılacaq. 17 çəki dərəcəsində 4 gün davam edəcək yarışın qalibləri Avropa çempionatında Azərbaycanı təmsil edəcəklər”.
Qeyd edək ki, U-15 Avropa çempionatı oktyabrda Trabzonda təşkil olunacaq.






İlk şərhi yaza bilərsiniz