Press "Enter" to skip to content

Valideyn himayəsindən məhrum uşaqlar üçün peşəyönümlü ustad dərsləri

Valideyn himayəsindən məhrum uşaqlar üçün peşəyönümlü ustad dərsləri

BAYRAQDAR MEDİA – Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyində Sosial Xidmətlər Agentliyinin (SXA) 2 və 6 saylı Uşaq evi sosial xidmət müəssisələrinin sakinləri üçün ustad dərsləri təşkil edilib.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya SXA-nın mətbuat xidmətindən daxil olub.

Xəbərdə qeyd olunur ki, “Agentliyin Əlilliyi olan şəxslərin Peşə-əmək Reabilitasiyası Mərkəzinin müəllimləri və benefisiarları tərəfindən keçirilən tədbirlər uşaqlar tərəfindən böyük maraqla qarşılanıb. Uşaqlar dərzilik, toxuculuq və xalçaçılıq da daxil olmaqla müxtəlif peşə istiqamətləri ilə tanış olub, praktiki məşğələlərdə iştirak edərək əl bacarıqlarını sınamaq imkanı qazanıblar”.

Ustad dərsləri uşaqlarda erkən yaşda peşələrə marağın formalaşdırılması və onların özünəinamının, eləcə də yaradıcılıq bacarıqlarının inkişaf etdirilməsi məqsədi daşıyıb.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.