Press "Enter" to skip to content

Karsda boz ayı bənddə üzərkən görüntülənib

Son yeniləmə: 31 Avqust 2026

BAYRAQDAR MEDİA – Karsın Sarıkamış rayonunda adətən zibilxana və tullantı konteynerlərinin ətrafında görülən boz ayı bu dəfə Karakurt bəndində üzərkən görüntülənib.

Bu barədə karshakimiyet.com saytı məlumat yayıb.

Bildirilib ki, bənddə qayığı ilə hərəkət edən Hamza Kral gölün ortasında sürətlə üzən ayını görüb. O, qayığını heyvana yaxınlaşdıraraq həmin anları mobil telefonla qeydə alıb. Boz ayı qayığın yaxınlaşmasına əhəmiyyət vermədən güclü hərəkətlərlə üzməyə davam edib. Balıqçının səslənməsindən sonra isə istiqamətini dəyişib. Ayının sudan keçmək, yoxsa sərinləmək üçün üzdüyü məlum deyil.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.