Son yeniləmə: 31 Avqust 2026
BAYRAQDAR MEDİA – Eskişehirdə yaşayan uzman həkim Sıtkı Karaca 50 il ərzində etdiyi səfərlər zamanı topladığı qiymətli kolleksiyanı nümayiş etdirir. O, ümumilikdə 49 ölkə və 80 şəhərdə olub, tarixi və mənəvi dəyəri yüksək olan müxtəlif əşyalar toplayıb.
Bu barədə eskisehir.net saytı məlumat yayıb.
Bildirilib ki, kolleksiyada Məscidül-Həram, Məscidün-Nəbi və Məscidül-Əqsa ilə bağlı simvollar, eləcə də Qurani-Kərimin tarixi nüsxələri yer alır: “Burada həmçinin həkimin ailəsindən qalan, yaşı 100 ildən çox olan müxtəlif məişət və antik əşyalar da saxlanılır. Sıtkı Karaca bu kolleksiyanın həm maddi, həm də mənəvi baxımdan böyük zəhmətin nəticəsi olduğunu bildirib. O, əvvəlcə təhlükəsizlik səbəbindən kolleksiyanı gizli saxladığını, lakin sonradan ziyarətçilərə nümayiş etdirməyə başladığını deyib”.






İlk şərhi yaza bilərsiniz