BAYRAQDAR MEDİA – Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fazil Mustafa Demokratik Jurnalistlər Liqasının sədri, Azərbaycan Mətbuat Şurası İdarə Heyətinin üzvü Yadigar Məmmədlini 65 illik yubileyi münasibətilə təbrik edib.
Bu barədə Milli Məclisin müvafiq komitəsindən məlumat verilib.
Bildirilib ki, təbrik məktubunda Yadigar Məmmədlinin çoxillik fəaliyyətinin Azərbaycan jurnalistikasının inkişafı ilə yanaşı, ölkədə vətəndaş cəmiyyəti institutlarının təşəkkülü və ictimai özünütəşkil mədəniyyətinin möhkəmlənməsi baxımından da diqqətəlayiq olduğu vurğulanıb.
Komitə sədri yubilyarın Demokratik Jurnalistlər Liqasının rəhbəri və Azərbaycan Mətbuat Şurası İdarə Heyətinin üzvü kimi ardıcıl çalışmalarının jurnalistlərin peşə həmrəyliyinə, media–cəmiyyət münasibətlərinin sağlam əsaslar üzərində inkişafına və ictimai məsuliyyət düşüncəsinin güclənməsinə xidmət etdiyini bildirib.
Məktubda mətbuatın ictimai fikir, vətəndaş məsuliyyəti və milli özünüdərk institutu kimi önəminə diqqət çəkilərək, Yadigar Məmmədlinin Azərbaycanın tarixən formalaşmış birgəyaşayış mədəniyyətinin, qarşılıqlı sayğı və mənəvi dəyərlər sisteminin təbliğinə töhfələri də qeyd olunub.
Fazil Mustafa Yadigar Məmmədlinin 65 illik yubileyinə zəngin jurnalist təcrübəsi, ictimai sektorun təşkilatlanmasına xidmət edən uzunmüddətli fəaliyyəti, qələm və vətəndaş mövqeyi ilə gəldiyini vurğulayıb.
Komitə sədri yubilyarı əlamətdar gün münasibətilə bir daha təbrik edib, ona möhkəm cansağlığı, vətəndaş cəmiyyətinin inkişafı və milli-mənəvi dəyərlərin yaşadılması yönündə fəaliyyətində yeni uğurlar arzulayıb.






İlk şərhi yaza bilərsiniz