Son yeniləmə: 31 Avqust 2026
BAYRAQDAR MEDİA – Adana Alparslan Türkeş Bilim ve Teknoloji Üniversitetinin (ATÜ) EBC APEX Motorsports komandası tərəfindən hazırlanmış elektrik avtomobili TEKNOFEST 2026 finalları öncəsi Şanlıurfaya yola salınıb.
Universitetin rektoru Prof. Dr. Adnan Sözen avtomobili yaxından nəzərdən keçirərək komanda üzvlərindən layihə haqqında məlumat alıb.
Rektor avtomobilə “ATÜ Strom” adını verib və onun üzərinə imza atıb. Prof. Dr. Adnan Sözen gənc mühəndislərin əməyindən qürur duyduğunu bildirib. O, layihədə iştirak edən komanda üzvlərini və onların elmi rəhbərlərini təbrik edərək finallarda uğurlar arzulayıb.






İlk şərhi yaza bilərsiniz