Press "Enter" to skip to content

Budapeştedə Azərbaycan icması ilə görüş

Tədbirdən foto

BAYRAQDAR MEDİA – Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov Macarıstanın paytaxtı Budapeşt şəhərində Azərbaycan icması ilə görüşüb.

Dövlət Komitəsindən bildirilib ki, görüşdə əvvəlcə Dövlət Himni səsləndirilib, şəhidlərimizin əziz xatirəsi ehtiramla yad edilib.

Azərbaycanın Macarıstandakı səfiri Esmira Cəfərova çıxışında xaricdə yaşayan azərbaycanlıların vahid məqsəd və milli həmrəylik ətrafında birləşməsinin Azərbaycan həqiqətlərinin beynəlxalq ictimaiyyətə daha dolğun və səmərəli şəkildə çatdırılmasında mühüm rol oynadığını vurğulayıb, soydaşlarımızın ölkəmizin diaspor işində fəaliyyətini yüksək qiymətləndirib.

Daha sonra Budapeşt Azərbaycan Evinin rəhbəri İbrahim Səfərli hesabatla çıxış edib. Azərbaycan Evinin həm Azərbaycan icması daxilində həmrəyliyin gücləndirilməsi, həm də yerli cəmiyyətlə əlaqələrin inkişafı istiqamətində həyata keçirdiyi və perspektiv layihələr barədə ətraflı məlumat verib.

Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov çıxışında bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən diaspor siyasəti dünya azərbaycanlılarının daha sıx birləşməsinə, şəbəkələşməsinə və milli maraqlar ətrafında həmrəyliyinin güclənməsinə mühüm töhfə verir. Xaricdə yaşayan soydaşlarımız Azərbaycan həqiqətlərinin, ölkəmizin nailiyyətlərinin, işğaldan azad olunan torpaqlarımızda genişmiqyaslı quruculuq işlərinin aparıldığının beynəlxalq ictimaiyyətə çatdırılmasında xüsusi rol oynayır. F.Muradov, həmçinin komitənin həyata keçirdiyi layihələr və əldə olunan nəticələr barədə danışıb.

Sonda icma üzvlərinin sualları cavablandırılıb, qarşılıqlı fikir mübadiləsi aparılıb, təklif və təşəbbüslər müzakirə edilib.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.