Press "Enter" to skip to content

Bursa Uludağ Universitetində mühüm tədbir

Bursa Uludag Universiteti

Son yeniləmə: 31 Avqust 2026

BAYRAQDAR MEDİA – Türkiyədə Universitetlərarası Şuranın İdarə Heyətinin iclası Bursa Uludağ Universitetinin ev sahibliyi ilə keçirilib. Toplantıda ali təhsil sahəsini yaxından maraqlandıran mühüm məsələlər, akademik standartlar və gələcəyə yönəlmiş strategiyalar müzakirə olunub.

İclasda YÖK sədri Prof. Dr. Erol Özvar, Universitetlərarası Şuranın rəhbərliyi, rektorlar, akademiklər və aidiyyəti komissiyaların nümayəndələri iştirak ediblər. Müzakirələr zamanı ali təhsil müəssisələri arasında akademik koordinasiyanın gücləndirilməsi, təhsil standartlarının yüksəldilməsi və elmi tədqiqat layihələrinin təşviqi məsələlərinə diqqət yetirilib. Toplantı Türkiyə ali təhsilində keyfiyyət yönümlü inkişafın davam etdirilməsi və qurumlararası əməkdaşlığın gücləndirilməsi istəyi ilə başa çatıb.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.